Bakı. Etibar Məmmədov-APA. Bu gün Milli Şura Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib.
APA-nın məlumatına görə, aksiyada Milli Şura Koordinasiya Şurasının bir neçə üzvü çıxış edib. Milli Şuranın sədri Cəmil Həsənli aksiyaya qatılmayıb.
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, aksiyada 2500 nəfərə qədər iştirakçı olub.
Aksiya insidentsiz başa çatlb.
***
17:04
Bakı. Etibar Məmmədov-APA. Bu gün Milli Şura paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirir.
APA-nın məlumatına görə, aksiya bu il sentyabrın 26-da keçiriləcək referendumda Konstitutsiyaya ediləcək dəyişikliklərlə bağlıdır.
Mitinqin təhlükəsizliyi Bakı polis tərəfindən həyata keçirilir.