Bakıda 32, dağlıq rayonlarda 16 dərəcə isti olub - FAKTİKİ HAVA

Bakıda 32, dağlıq rayonlarda 16 dərəcə isti olub - FAKTİKİ HAVA
# 02 iyul 2024 16:34 (UTC +04:00)

İyulun 2-si saat 16:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, iyulun 2-si saat 16:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Oğuz, Qəbələ, Şəki, Qobustan, Altıağac, Quba, Qusar, Xaçmaz, Xaltan, Xınalıq, Qax, Qrız, Şahdağ, Göyçay, İmişli, Naftalan, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Neftçala, Yardımlı, Astarada şimşək çaxır, arabir yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir.

Öncədən xəbər verildiyi kimi, şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Culfada 20 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 32, Aran rayonlarında 29, Naxçıvan MR-da 27, dağlıq rayonlarda 16 dərəcəyədək isti olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR