Salyanda iki qəza baş verib, xəsarət alanlar var

Salyanda iki qəza baş verib, xəsarət alanlar var
# 02 iyul 2024 22:02 (UTC +04:00)

Salyanda minik avtomobili traktorla toqquşub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Şorsulu kəndi ərazisində qeydə alınıb.

"VAZ-2107" markalı avtomobilin traktorla toqquşması nəticəsində bir ailənin üç üzvü ağır xəsarət alıb.

Yaralılar Salyan xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Baş verən digər hadisə isə Ələt-Astara magistralının Salyan rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.

"KIA" markalı avtomobil idarəetməni itirərək beton dirəyə çırpılıb. Nəticədə bir nəfər xəsarət alıb.

Yaralı Salyan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR