Qubad İbadoğlu: “Müsavat Partiyası avtoritar üsullarla idarə olunur”

Qubad İbadoğlu: “Müsavat Partiyası avtoritar üsullarla idarə olunur”
# 17 noyabr 2014 15:40 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Müsavat Divanının qərarı gözlənilən idi. Çünki biz bilirdik ki, belə bir sifariş Divana gəlib və Divan onu icra etməlidir”. Bunu APA-ya açıqlamasında Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu Səxavət Əlisoyun partiyadan çıxarılmasına münasibət bildirərkən deyib.


Q. İbadoğlu Müsavat Divanının qərarını partiyadaxili demokratiyanın olmamasının, tənqidlərə dözümsüzlüyün göstəricisi kimi qiymətləndirib: “Müsavat Partiyası hazırda daxili demokratiya böhranı yaşayır və aparılan siyasət yalnız partiyanın idarəçiliyi ilə razılaşmayanların cəzalandırılması üzərində qurulub. Bu da təbii ki, partiyanın avtoritar üsullarla idarə olunmasını göstərir. Lakin hesab edirəm ki, bu qərar partiyada bizim mövqelərimizin möhkəmlənməsinə gətirib çıxaracaq”.

Q. İbadoğlu bundan sonra atacağı addımlardan da danışıb: “Partiyanın hazırkı idarəçiliyindən narazı olanların sayı durmadan artır. Partiyanın Nizamnamə çərçivəsində növbədənkənar qurultayının çağırılmasını hədəfləyirik və bu hədəfə çatmaq uğrunda fəaliyyət göstərəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR