Böyük Britaniyanın Baş naziri Endi Börnhem Uels, Şotlandiya və Şimali İrlandiyanın ölkədən ayrılması ilə bağlı referendumların keçirilməsini dəstəkləmir.
APA xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin sözçüsü bildirib.
Onun sözlərinə görə, hökumət ölkənin bütün dörd xalqı ilə əməkdaşlığa sadiqdir və Böyük Britaniyanın birliyini müdafiə edir.
Bildirilib ki, Baş nazir Böyük Britaniyanın birliyinə möhkəm inanır.
“Böyük Britaniya insanlar bölünmə ətrafında deyil, ortaq dəyərlər və problemlərin həlli ətrafında birləşdikdə ən güclü olur”, – hökumət sözçüsü deyib.
O əlavə edib ki, hökumət ailələrin maliyyə yükünün azaldılmasına və iqtisadi təhlükəsizliyin təmin edilməsinə diqqət yetirir, “konstitusiya müzakirələri və ya əlavə referendumlarla” məşğul olmaq niyyətində deyil.
Qeyd edək ki, sentyabrın 14-də Şotlandiya, Uels və Şimali İrlandiyanın liderləri Kardiffdə bir araya gələrək konstitusiya dəyişiklikləri və öz müqəddəratını təyinetmə hüququ ilə bağlı memorandum imzalayıblar.