“Azərpoçt” beynəlxalq bağlamaların axtarışına dair internet sorğu sistemini genişləndirib

“Azərpoçt” beynəlxalq bağlamaların axtarışına dair internet sorğu sistemini genişləndirib
# 25 iyul 2014 14:47 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. “Azərpoçt” MMC beynəlxalq bağlamaların axtarışına dair internet sorğu sistemini (“Cricket”) genişləndirib. Bu il ərzində 400 ədəddən artıq sorğu qeyd olunan sistemin tələbləri çərçivəsində icra edilib.

“Azərpoçt” MMC-dən “APA-Economics”ə verilən məlumata görə, bu sistem vasitəsi ilə hazırda dünyanın 160-a yaxın ölkəsi ilə əməkdaşlıq edilir. Bundan başqa, dünyanın 90-a qədər ölkəsi ilə beynəlxalq sifarişli poçt göndərişlərinə dair müştəri xidmətləri - İnternetlə elektron sorğu sistemindən (PEIME) istifadə edir. Bu sistemlərə qoşulmaqla Azərbaycan poçt operatoru xaricə göndərilən istənilən poçt göndərişinin ünvanına çatana qədər izləyə bilir. Vətəndaş internet xidmətlərindən faydalanaraq bu barədə məlumatlandırıla və həmçinin fərdi qaydada bu informasiyanı əldə edə bilər.

“Azərpoçt” MMC beynəlxalq sadə məktub korrespondensiyasının keçidi üzrə bir sıra MDB ölkələri ilə ikitərəfli yoxlamalar həyata keçirib.

Eyni zamanda, qiymətləndirilmə metodundan asılı olaraq sistematik, tam və ya seçmə üsulu ilə vaxtaşırı olaraq keyfiyyət göstəricilərinin monitorinqi aparılaraq, xidmətin keyfiyyətinə mənfi təsir göstərən amillər aşkar edilərək onların aradan qaldırılması üzrə tədbirlər həyata keçirilib.

Qlobal Monitorinq Sistemi (GMS) vasitəsilə ÜPİ-nin təşkilatçılığı ilə bu ilin I yarımilliyində göndərilən nəzarət məktubları təyin edilmiş normativlərə uyğun olaraq ünvan sahiblərinə çatdırılıb. “Azərpoçt” MMC 2013-cü il və 2014-cü ilin I yarımilliyi üzrə beynəlxalq bağlamaların məlumatlarının vaxtında işlənməsi və “Cricket” sorğu sistemi üzrə ÜPİ tərəfindən təyin olunmuş mövcud normativləri tam olaraq yerinə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR