BDU-da Türk-Azərbaycan Hüquq Lüğətinin təqdimat mərasimi keçirilib - FOTO

BDU-da Türk-Azərbaycan Hüquq Lüğətinin təqdimat mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 17 aprel 2013 10:50 (UTC +04:00)

Bakı - APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) Türkiyə Ədliyyə Akademiyasının nümayəndə heyətinin iştirakı ilə Türk-Azərbaycan Hüquq Lüğətinin təqdimat mərasimi keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, təqdimat mərasimində çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq münasibətləri getdikcə daha geniş və hərtərəfli xarakter kəsb etməyə başlayıb. Bu ümumi proses çərçivəsində hər iki qardaş ölkənin hüquq sistemində fəaliyyət göstərən müxtəlif təşkilat və müəssisələr arasında da qarşılıqlı əməkdaşlıq münasibətləri getdikcə inkişaf etməkdədir. Rektor həmçinin xatırladıb ki, bu səpkidə olan fəaliyyətlər çərçivəsində Türkiyə Ədliyyə Akademiyasının Prezidenti və onu müşayiət edən heyət 2012-ci ilin fevralında BDU-nun Hüquq fakültəsində də görüş keçirib. Bu görüş əsnasında iki qardaş ölkənin hüquq sahəsindəki müxtəlif qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişafı barəsində müzakirələr aparılarkən Ankara Universiteti ilə BDU arasında hüquqşünaslıq ixtisası üzrə ikili diplom proqramı haqqında da məlumat verilib. Akademik bildirib ki, bu nöqteyi-nəzərdən ortaq “hüquq lüğəti”nin hazırlanmasının iki qardaş ölkə arasında hüquqi sahədəki yaxınlaşmaya ciddi töhfə verəcək.

Daha sonra çıxış edən BDU-nun Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev qeyd edib ki, bu lüğət BDU-Ankara ikili diplom proqramı çərçivəsində təhsil fəaliyyətinin həyata keçirilməsində böyük əhəmiyyət və rola malik ola biləcək. Belə ki, həm ikili diplom proqramı çərçivəsində təhsil fəaliyyətinə cəlb olunan türkiyəli tələbə və professor-müəllim heyəti tərəfindən Azərbaycan qanunvericiliyinin və hüquq ədəbiyyatının mənimsənilməsini, həm də azərbaycanlı tələbə və professor-müəllim heyəti tərəfindən Türkiyə qanunvericiliyi və hüquq ədəbiyyatının mənimsənilməsini xeyli asanlaşdıracaq. Bundan başqa, bu lüğət təkcə universitet səviyyəsində deyil, bütün Azərbaycan miqyasında istər dissertasiya işlərinin hazırlanmasında, istərsə də müxtəlif hüquq mühafizə orqan və təşkilatları arasında qarşılıqlı yazışma və birgə layihələrin hazırlanmasında asanlıqlar və yeni imkanlar təmin edəcəkdir.

Daha sonra Türkiyə Ədliyyə Akademiyasının İdarə Heyətinin üzvü, Yüksek Seçim Kurulu başqanı Sadi Güvenin və Türkiyə Ədliyyə Akademiyasının hakim heyətinin üzvü, Azərbaycanca-Türkcə hüquq lüğətinin redaksiya heyətinin üzvü, professor Ejder Yılmazın çıxışları olub.

Qeyd edək ki, lüğətin 5 müəllifi var: Fərhad Mehdiyev, Sərvər Süleymanlı, Mübariz Yolçuyev, Elçin Xələfov və İsmayıl İsmayıllı. Elmi redaktoru isə Hüquq fakültəsinin dekanı prof. Əmir Əliyevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR