Azərbaycanın xarici ticarət əməliyyatlarının müsbət saldosu bir ildə azalıb

Azərbaycanın xarici ticarət əməliyyatlarının müsbət saldosu bir ildə azalıb
# 17 mart 2015 14:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 4 041 747,52 min ABŞ dolları təşkil edib.

APA-Economics”in Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 18,65% azdır.

Bu ilin iki ayında idxal əməliyyatları 1 707 155,78 min dollar olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 43,45% çoxdur.

Belə ki, bu ilin yanvar-fevral aylarında ölkənin ixrac əməliyyatları üzrə 2 334 591,74 min dollar olub ki, bu ötən ilin müvafiq dövrünə nisbətən 38,21% azdır.

Nəticədə 627 435,96 min dollar müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 75,76% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR