Azərbaycan Mərkəzi Bankı: Dörd bank məcmu kapitala dair minimal tələbi hələ də yerinə yetirməyib

Azərbaycan Mərkəzi Bankı: Dörd bank məcmu kapitala dair minimal tələbi hələ də yerinə yetirməyib
# 04 mart 2015 12:07 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq statistik göstəriciləri ilə bağlı açıqladığı məlumatda yer alıb.

Məlumata əsasən, bu 4 bankın məcmu kapitalının ümumi bank kapitalında xüsusi çəkisi 0,7%-ə bərabərdir.

Ölkədəki 23 bankın məcmu kapitalı 50-60 mln. manat arasında dəyişir. Bu bankların məcmu kapitalının ümumi bank kapitalında xüsusi çəkisi 28,1%-dir.

9 bankın məcmu kapitalı isə 60-100 mln. manat arasındadır. Bu bankların məcmu kapitalının ümumi bank kapitalında xüsusi çəkisi 13,9% təşkil edir.

Azərbaycandakı 45 bankdan 9-nun məcmu kapitalı 100 mln. manatdan artıqdır. Başqa sözlə, bu bankların məcmu kapitalının ümumi bank kapitalında xüsusi çəkisi 57,3%-ə bərabərdir.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən 45 kommersiya bankından 4-ü- “Azərbaycan Kredit Bankı”, “Eurobank”, “Naxçıvanbank” və Pakistan Milli Bankının Bakı filialı hələlik məcmu kapitala olan tələbi yerinə yetirməyib.

Xatırladaq ki, AMB-nin tələbinə əsasən, banklar bu il yanvarın 1-nə qədər məcmu kapitalını 50 mln. manata çatdırmalı idi. Bu tələbi yerinə yetirə bilməyən banklar bazardan çıxmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR