“Unibank” prokurorluq sistemində çalışanlara pulsuz "Albalı plus" təklif edir

“Unibank” prokurorluq sistemində çalışanlara pulsuz "Albalı plus" təklif edir
# 30 sentyabr 2015 13:45 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Unibank” 1 oktyabr peşə bayramları münasibəti ilə bütün prokurorluq sistemində çalışanları təbrik edir və prokurorluq işçiləri üçün “Albalı plus” kartlarını pulsuz verir.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, oktyabrın 1-dən 8-dək “Unibank” filiallarına müraciət edən prokurorluq işçiləri pulsuz “Albalı plus” kartı əldə etməklə yanaşı, “Unibank”ın sərfəli nağd kreditlərindən də faydalana bilərlər.

Hazırda bankda 10 000 manatadək nağd kredit cəmi 1%-lik komissiya ilə rəsmiləşdirilir. Manat və dollar kreditləri 36 ayadək müddətə verilir.

“Unibank” hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə “Unibank”ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09:00-dan axşam 17:00-dək, şənbə günləri isə 10:00-dan 14:00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud Facebook və Twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR