Yol polisi: Yağıntılı hava şəraiti ilə əlaqədar Bakıda heç bir problem yaranmayıb

Yol polisi: Yağıntılı hava şəraiti ilə əlaqədar Bakıda heç bir problem yaranmayıb
# 17 aprel 2013 07:20 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Elvin Məmmədlinin APA-ya verdiyi məlumata görə, yağıntılı hava şəraiti ilə əlaqədar paytaxt yollarında bu saata kimi heç bir problem yaranmayıb.

Sürücülərə müraciətdə bildirib ki, yağıntılı hava ilə əlaqədar olaraq, şüşə təmizləyəni və tormoz sistemi nasaz olan avtomobillərdən istifadə etməsinlər, avtomobilləri minimum surətlə idarə etsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR