Almaniyada qatar maşinistləri tətilə başlayıblar

Almaniyada qatar maşinistləri tətilə başlayıblar
# 04 may 2015 14:36 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, buna səbəb maaşların artırılması ilə bağlı aparılan danışıqlarda uğurun əldə edilməməsidir.

Bu gündən etibarən yük daşımalarında çalışanlar tətilə başlayıblar. Sabah isə onlara sərnişin qatarlarının maşinistləri qoşulacaq. Bu, Almaniya Həmkarlar İttifaqının 10 ay ərzində sayca səkkizinci tətilidir.

Həmkarlar İttifaqı maşinistlərin maaşlarını 5 faiz artırmağı, habelə həftəlik iş normativini 39 saatdan 37 saata endirməyi tələb edir.

Qeyd edək ki, “Deutsche Bahn” dəmir yolu şirkətində 300 min nəfər çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR