Gəncədə yaşayış evinin yaxınlığında partlayış baş verib

Gəncədə yaşayış evinin yaxınlığında partlayış baş verib
# 10 aprel 2015 08:15 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə yaşayış evinin yaxınlığında partlayış baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Rahib Məmmədov küçəsi, 26 ünvanında Bəhruz Hüseynova məxsus yaşayış evinin yaxınlığında qeydə alınıb.

Aprelin 10-da saat 04.00 radələrində baş verən partlayış nəticəsində mənzilin pəncərəsinin şüşələri qırılıb. Hələlik səbəbi məlum olmayan partlayış zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR