Soyğunçuluqda təqsirləndirilən şəxsin məhkəməsi başa çatıb

Soyğunçuluqda təqsirləndirilən şəxsin məhkəməsi başa çatıb
# 24 aprel 2015 12:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Samir Xudaverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, S. Xudaverdiyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S. Xudaverdiyev Bakıda bir neçə vətəndaşa qarşı soyğunçuluq edib. Zərərçəkmiş şəxslərin şikayətindən sonra o, polis əməkdaşları tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR