Sumqayıtda avtomobillə vurulan piyada ölüb

Sumqayıtda avtomobillə vurulan piyada ölüb
# 09 noyabr 2015 12:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıt şəhərində yol qəzası zamanı xəsarət alan şəxs ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 2-də saat 14 radələrində Sumqayıt şəhərində şəhər sakini Elşad Mahmudov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən şəhərin İnşaatçılar qəsəbə sakini Fariz Xuduşovu vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib və noyabrın 7-də orada vəfat edib.


Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR