Azərbaycan zabitləri xaricdə beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Azərbaycan zabitləri xaricdə beynəlxalq tədbirlərdə iştirak edəcəklər
# 05 iyul 2014 15:52 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri xaricdə keçirilməsi planlaşdırılan tədbirlərdə iştirak edəcəklər.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan hərbçiləri iyulun 6-dan 15-dək Fransanın paytaxtı Paris şəhərində I Dünya müharibəsinin 100 illiyi, Fransanın Milli gününə həsr olunmuş parada qatılacaqlar.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 7-dən 8-dək Tiflis şəhərində hərbi-texniki məsələlər üzrə təcrübə mübadiləsi, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 7-dən 11-dək Marmaris şəhərində Beynəlxalq gəmi və liman təhlükəsizlik kursu, Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 7-dən 8-dək Vişkov şəhərində (Çexiya) Əməliyyat atıcılıq kursu keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR