Lavrov: “Sərhədlərimiz yaxınlığında hərbi aktivliyin artmasına adekvat cavab verəcəyik”

Lavrov: “Sərhədlərimiz yaxınlığında hərbi aktivliyin artmasına adekvat cavab verəcəyik”
# 10 mart 2015 11:38 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.

“Bununla bağlı mövqeyimizi bir daha təsdiqləmişik”, - deyə Lavrova ispaniyalı həmkarı ilə Moskvada keçirdiyi brifinqdə bildirib.

Rusiya XİN başçısı qeyd edib ki, ölkəsi sözügedən proseslərə adekvat münasibət sərgiləmək məcburiyyətində qalacaq. Bununla yanaşı diplomat mövcud problemlərin qarşılıqlı hörmətə əsaslanan dialoq yolu ilə həllinin tərəfdarı olduğunu önə çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR