İsrail Hərbi Hava qüvvələri Suriyada taktiki raket partiyasını məhv edib

İsrail Hərbi Hava qüvvələri Suriyada taktiki raket partiyasını məhv edib
# 05 may 2013 00:05 (UTC +04:00)

Bakı-APA. İsrail Hərbi Hava qüvvələrinin Suriya ərazisinə aviazərbəsi zamanı Livanın “Hizbullah” qruplaşması üçün nəzərdə tutulmuş Fateh-110s taktiki raket partiyası məhv edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “New York Times” qəzeti adları çəkilməyən ABŞ administrasiyasının nümayəndələrinə istinadən məlumat verir.

Söhbət İran raketlərinin 300 kilometr məsafəni qət edə biləcək yeni modifikasiyasından gedir. Yük Dəməşq aeroportunda olub. Nəşrin məlumatına görə, İsrail təyyarələri Dəməşqə yaxınlaşmadan hədəfi Livanın hava məkanında olaraq vurub.

İsrail baş-nazirinin mətbuat xidməti bu məlumatı şərh etməyib. Bir müddət əvvəl “Assoşieyted Press” agentliyi İsrail tərəfinin adları çəkilməyən nümayəndələrinə istinadən bildirib ki, İsrail Suriya ərazisinə zərbə endirdiyini etiraf edib. Aviazərbənin məqsədi “Hizbullah” qruplaşması üçün nəzərdə tutulmuş raket partiyasını məhv etmək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR