Qubada 79 yaşlı qadını maşın vurub

Qubada 79 yaşlı qadını maşın vurub
# 29 aprel 2013 06:49 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Ötən gün Quba rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Qırmızı qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobil Qırmızı qəsəbə sakini, 79 yaşlı Davidova Turi Yusif qızını vurub. Ağır xəsarətlər alan qadın Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır-stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR