İki nəfərin ölümünə səbəb olan yol qəzası törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub

 İki nəfərin ölümünə səbəb olan yol qəzası törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub
# 24 avqust 2015 10:44 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olan yol qəzası törətməkdə təqsirləndirilən Anar Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə A. Əsgərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, yanvarın 26-da saat 18 radələrində Abşeron rayonunun Sulutəpə qəsəbəsində Gədəbəy rayon sakini Anar Əsgərov idarə etdiyi “Daevoo” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Vüsalə Qəmbərovanı və onun oğlu Vaqifi vurub. Xəstəxanaya yerləşdirilən V.Qəmbərova və Vaqif orada dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR