Şəmkirdə yanacaqdoldurma məntəqəsinin işçisi döyülüb

Şəmkirdə yanacaqdoldurma məntəqəsinin işçisi döyülüb
# 30 iyun 2015 13:27 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli - APA. Bakı-Qazax magistral yolunun Şəmkir rayonundan keçən hissəsində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsində insident baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, məntəqədə işləyən 1991-ci il təvəllüdlü Ramiz Həsənov bir neçə şəxs tərəfindən döyülüb. Ağır bədən xəsarətləri alan R. Həsənov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. R. Həsənovun kimlər tərəfindən döyüldüyü hələ ki, məlum deyil.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR