Qazax rayonunda avtobus aşıb, 3 nəfər xəsarət alıb

Qazax rayonunda avtobus aşıb, 3 nəfər xəsarət alıb
# 14 aprel 2013 18:16 (UTC +04:00)

Qazax. Azər Məmmədli – APA. Bu gün səhər saatlarında Bakı –Qazax magistral yolunun 477-ci kilometrliyində, Qazax rayonu ərazisində “Mercedes” markalı sərnişin avtobusunun aşması nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Qazax rayon Mərkəzi xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə zamanı, sürücü, 1977-ci il təvəllüdlü Xəzər Vazıyev baş nayihəsindən, Fizuli rayon sakini, 1988-ci il təvəllüdlü Elçin Ələkbərov sağ ayağının sınığı, 1966-cı il təvəllüdlü, Münəvvər Ayvazov isə belindən aldığı xəsarətlərlə Qazax Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

Qeyd edək ki, bu gün səhər saat 6.00 radələrində Qazax rayonu ərazisində “Mercedes” markalı sərnişin avtobusu idarəetməni itirərək yolun kənarına aşıb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qəzaya sürət həddini keçmə səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR