Yanvar-mart aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 3,5% artıb

Yanvar-mart aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 3,5% artıb
# 16 aprel 2015 13:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 341 mln. 946,33 min manat təşkil edib.

APA-Economics”in DGK-ya istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 mln. 590,09 min manat və ya 3,5% çoxdur.

Hesabat dövründə gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 94 mln. 264,80 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 223 mln. 551,23 min manat, aksizlər üzrə 19 mln. 849,31 min manat, yol vergisi üzrə isə 4 mln. 280,99 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR