Fransada hərbi təyyarə binanın üstünə düşüb

Fransada hərbi təyyarə binanın üstünə düşüb
# 10 dekabr 2014 21:17 (UTC +04:00)

Bakı-APA. Fransa Hərbi-Hava Qüvvələrinə məxsus “Alphajet” təlim təyyarəsi əlillərə yardım Mərkəzinin binasının üstünə düşüb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Hadisənin Tur şəhərində baş verdiyi bildirilir. Qeyd olunur ki, hər iki pilot sağ qalıb, ölən və yaralananlar Mərkəzdəki mülki şəxslərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR