Bank Of Baku

Akif Əlizadə: “AMEA-nın əsas jurnalının internet versiyası yoxdur”

Akif Əlizadə: “AMEA-nın əsas jurnalının internet versiyası yoxdur”
# 18 aprel 2018 14:35 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə akademiyanın elmi jurnallarının fəaliyyətini tənqid edib.

 
APA-nın xəbərinə görə, Rəyasət Heyətinin bugünkü iclasında akademiyada 68 elmi jurnalın çap olunduğunu xatırladan AMEA prezidenti bildirib ki, son zamanlar jurnallar vaxtı-vaxtında çap olunmur. 
 
Onun sözlərinə görə, AMEA nəşrləri arasında elmi-populyar və elmi-publisistik jurnallar yox dərəcəsindədir: "Sən demə AMEA-nın əsas - məruzələr jurnalının internet versiyası yox imiş. Bütün jurnalların internet versiyası olmalıdır. Bundan başqa, institutlar jurnalların nüsxələrini kitabxanalara təqdim etmir. Akademiyanın elmi jurnallarının nəşrinin təkmilləşdirilməsi ilə bağlı araşdırma aparılmalı, qərar qəbul edilməlidir". 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR