Rusiyada Ukrayna vətəndaşları üçün güzəştli rejim ləğv edilib

Rusiyada Ukrayna vətəndaşları üçün güzəştli rejim ləğv edilib
# 01 noyabr 2015 04:38 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, güzəştli rejim yalnız Ukraynanın cənub-şərqindən olan qaçqınlara tətbiq ediləcək. Qalan ukraynalılar isə əmək fəaliyyəti üçün patent, müvəqqəti yaşamaq üçün icazə və sair sənədlər olmadığı halda Rusiya ərazisində 180 gün ərzində yalnız 90 gün qala biləcəklər.

“Rusiya ərazisində əmək fəaliyyəti ilə məşğul olan Ukrayna vətəndaşları Rusiya ərazisində olma müddətini uzatmaq üçün patent almaq üçün Federal Miqrasiya Xidmətinə müraciət etməlidirlər”, deyə FMX rəhbəri Konstantin Romodanovski bildirib.

Onun sözlərinə görə, noyabrın 1-dən Ukrayna vətəndaşlarının hüquqi və ya əmək statusunu rəsmiləşdirmək üçün 30 gün vaxtı olacaq. “Dekabrın 1-dən qanun pozucuları barəsində girişə qadağa daxil olmaqla inzibati qaydada müvafiq tədbirlər görüləcək”, deyə Konstantin Romodanovski bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR