Azərbaycanlı rəssamın əsərləri Parisdə nümayiş olunub - FOTO

Azərbaycanlı rəssamın əsərləri Parisdə nümayiş olunub - <span style="color: red;">FOTO
# 08 aprel 2015 11:39 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Əməkdar rəssam Əsmər Nərimanbəyovanın əsərləri Parisdə nümayiş olunub.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 2015-ci il 2-5 aprel tarixində Parisin Vlll rayonundakı "Rusdünyası" qalereyasında "Qadınincəsənəti" (Femme art) Assosiasiyasının təşkilatçılığı ilə Türkiyədən, Kiprdən və Gürcüstandan olan qadın rəssamların əsərlərindən ibarət sərgi keçirilib.

Sərgidə ölkəmizi əsərləri sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanan əməkdar rəssam Əsmər Nərimanbəyova təmsil edib.

Sərgi dinamik xarakter daşımaqla yanaşı, mövzularının çalarlığına görə iştirakçılar tərəfindən maraqlaqarşılanır. Sərgidə 50-yə yaxın rəsm əsəri nümayiş etdirilir. Onların arasında Ə.Nərimanbəyovanın yağlı boya ilə çəkdiyi əsərlər tamaşaçılar tərəfindən daha böyük maraqla qarşılanıb.

Qeyd edək ki, "Qadın incəsənəti" Assosiasiyası 2007-ci ildə yaradılıb və Türkiyədə 12, digər ölkələrdə isə 5 şöbəsi var. "Qadın incəsənəti" müxtəlif millətlərin rəssamlıqla məşğul olan yaradıcı qadınlarını öz ətrafında birləşdirib. Hazırda 28 ölkədən qadın rəssam Assosiasiyanın üzvüdür. Assosiasiyanın məqsədlərindən biri də rəssamların təmsil etdikləri ölkələri dünyaya tanıtmaqdan ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR