Energetika Nazirliyi: Neftin qiyməti hazırkı səviyyədə qalarsa, qəti addımlar atılmalıdır

Energetika Nazirliyi: Neftin qiyməti hazırkı səviyyədə qalarsa, qəti addımlar atılmalıdır
# 02 iyun 2015 14:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın nağd pul axınının 90%-i neft və qaz istehsalından asılıdır. Lakin, buna baxmayaraq Azərbaycan özünü təmin edə bilir”.

APA-Economics”in məlumatına görə, bunu “The Business Year” jurnalına müsahibəsində Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Dövlət Neft Fondu (ARDNF) var və hər hansı bir böhranın olacağını bu fond öncədən proqnozlaşdıra bilir: “Neft təkcə bizim yox, həm də gələcək nəsillərimizin sərvətidir. Azərbaycan hasilatın pay bölgüsündən əldə olunan vəsait bun fonda yönəldilməlidir”.

Nazir qeyd edib ki, Azərbaycan sərfəli neft qiymətində maraqlıdır: “Uzun illərdir biz OPEC ölkələri ilə danışıqları davam etdiririk. Bir çox mütəxəssislər razıdırlar ki, neftin qiyməti 80 dollardan yuxarı olsa, bu, həm istehsalçı, həm də ixracatçılar üçün sərfəli olacaq. Hazırda neftin qiyməti 50-60 dollar civarındadır və biz 2014-cü ildə olduğu kimi mənfəət görmürük. Bu bizim valyutamızı zəiflədəcək, ancaq əhəmiyyətli dərəcədə zərər verməyəcək”.

Nazir vurğulayıb ki, neftin qiyməti qısa müddət belə ucuz qalsa, bu, Azərbaycan üçün elə də problem olmayacaq: “Ancaq vəziyyət belə davam etsə, qəti addımlar atmalı olacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR