Prezident İlham Əliyev İtaliya Senatının sədri Pietro Qrasso ilə görüşüb - FOTOSESSİYA

Prezident İlham Əliyev İtaliya Senatının sədri Pietro Qrasso ilə görüşüb - <span style="color: red;">FOTOSESSİYA
# 14 iyul 2014 21:00 (UTC +04:00)

APA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə İtaliya arasında strateji əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub.

İtaliyanın ölkəmizin əsas ticarət tərəfdaşı olduğu vurğulanıb, iqtisadi əməkdaşlığımızın şaxələndirilməsinin önəmi qeyd edilib.

Azərbaycanda çoxsaylı italyan şirkətlərinin fəaliyyət göstərməsinin əlaqələrimizin inkişafına töhfə verdiyi bildirilib. İki ölkə arasında əlaqələrin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafında mühüm rol oynadığı qeyd olunub. Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə, İtaliyanın isə Avropa İttifaqına sədrliyi dövründə birgə fəaliyyətin həyata keçirilməsinə əminlik ifadə edilib.

İtaliya Senatının sədri ölkəsinin Azərbaycana Qafqazda sabitliyin təminatçısı kimi yanaşdığını bildirib. Prezident İlham Əliyev İtaliya Senatının sədrinə Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələri və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti barədə məlumat verib.

Görüşdə iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin, o cümlədən dostluq qruplarının rolunun önəmi qeyd olunub, bu sahədə gələcək əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR