Bakının bir neçə küçə və prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakının bir neçə küçə və prospektində nəqliyyatın hərəkəti  məhdudlaşdırılır
# 21 aprel 2015 10:33 (UTC +04:00)

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, artıq günorta saat 12:00-dan etibarən Nərimanov rayonu Nəsib bəy Yusifbəyli küçəsində və Vaqif prospektində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.

İşlər axşam saat 17:00-dək davam edəcək.

Bundan başqa, bu gün axşam saat 22:00-dan etibarən Tbilisi prospektinin Bakıxanov dairəsindən İzmir dairəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam olaraq məhdudlaşdırılacaq.

İşlərin səhər saatlarınadək davam etdirilməsi nəzərdə tutulub.

Sürücülərdən göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR