Azərbaycanın altı rayonunda əlillərə səyyar protez-ortopedik bərpa xidməti göstəriləcək

Azərbaycanın altı rayonunda əlillərə səyyar protez-ortopedik bərpa xidməti göstəriləcək
# 03 aprel 2015 12:47 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət səyyar tibbi-texniki briqada aprelin 8-də Balakən və Zaqatala, aprelin 9-da Qax və Şəki, aprelin 10-da isə Oğuz və Qəbələ rayonlarında olacaq.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, həmin rayonlarda əlilliyi olan sakinlər və sağlamlıq imkanları məhdud uşaqlar səyyar formada protez-ortopedik bərpa xidməti, yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri və s. ilə təmin ediləcəklər. Xidmət göstəriləcək şəxslərin əvvəlcədən qeydiyyatı aparılıb.

Xatırladaq ki, qeyd olunan səyyar tibbi-texniki briqada ƏƏSMN-nin müvafiq əmrinə əsasən 2013-cü ilin sonlarında yaradılıb. Ötən müddətdə respublikanın müxtəlif rayonları üzrə 1 850 nəfərə yaxın əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa səyyar formada protez-ortopedik bərpa xidməti göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR