İtaliya - Azərbaycan oyununun vaxtı dəqiqləşib

İtaliya - Azərbaycan oyununun vaxtı dəqiqləşib
# 29 oktyabr 2015 08:00 (UTC +04:00)

Bakı – APA. Futzal üzrə Avropa çempionatının final mərhələsinin oyunlarının başlama saatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2016-cı il fevralın 2-13-də Serbiyada baş tutacaq yarışda çıxış edəcək Azərbaycan millisi də keçirəcəyi oyunların dəqiq vaxtını bilib.

D qrupunda çıxış edən Faustino Peresin yetirmələrinin fevralın 3-də İtaliya ilə keçirəcəyi ilk turun görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 2 gün sonra Çexiya önünə çıxacaq yığmamız yenə eyni saatda veriləcək start fitini gözləyəcək.

A qrupu: Serbiya, Portuqaliya, Sloveniya

B qrupu: İspaniya, Ukrayna, Macarıstan

C qrupu: Rusiya, Xorvatiya, Qazaxıstan

D qrupu: İtaliya, Çexiya, Azərbaycan

I tur

2 fevral

21:30. Serbiya - Sloveniya

00:00. İspaniya - Macarıstan

3 fevral

21:30. Rusiya - Qazaxıstan

00:00. İtaliya – Azərbaycan

II tur

4 fevral

21:30. Sloveniya - Portuqaliya

00:00. Macarıstan - Ukrayna

5 fevral

21:30. Qazaxıstan - Xorvatiya

00:00. Azərbaycan - Çexiya

III tur

6 fevral

21:30. Ukrayna - İspaniya

00:00. Portuqaliya - Serbiya

7 fevral

21:30. Xorvatiya - Rusiya

00:00. Çexiya - İtaliya

1/4 final

8 fevral

1) 21:30. A1-B2

2) 00:00. B1-A2

9 fevral

3) 21:30. C1-D2

4) 00:00. D1-C2

Yarımfinal

11 fevral

21:30. 1-ci cütün qalibi – 3-cü cütün qalibi

00:00. 2-ci cütün qalibi – 4-cü cütün qalibi

III yer uğrunda oyun

13 fevral, 21:30

Final

13 fevral, 00:00

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR