Angela Merkel Moskvada keçiriləcək Qələbə paradında iştirakdan imtina edib

Angela Merkel Moskvada keçiriləcək Qələbə paradında iştirakdan imtina edib
# 11 mart 2015 13:02 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Almaniyanın “Die Zeit” qəzeti kanslerə yaxın mənbəyə istinadən yazıb.

Mənbə bildirib ki, A. Merkel bu qərarı bir neçə gün əvvəl qəbul edib. İmtina qərarı Ukraynadakı münaqişə və Rusiyanın bu münaqişədə iştirakı ilə əlaqədardır. “Merkel 9 mayda Moskvaya getsəydi, bu, Ukrayna hökumətinə həqarət olardı”, - deyə mənbə söyləyib.

Bununla yanaşı, A. Merkel qalmaqala yol verməmək üçün mayın 10-da Moskvaya gedəcək və Vladimir Putinlə birlikdə naməlum əsgərin məzarına əklil qoyacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR