Abşeron rayonunda avtomobil yanıb

Abşeron rayonunda avtomobil yanıb
# 09 aprel 2015 04:37 (UTC +04:00)

Bakı-APA. Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonunun Masazır qəsəbəsində vətəndaşa məxsus “Daewoo” markalı minik avtomobili idarəetməni itirərək qaz xəttinə dəyərək qəza törədib.

Qəza nəticəsində qaz borusunda alışma baş verib və avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı mağaza yanğından mühafizə olub. Yanğın saat 04:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR