Binəqədi rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Binəqədi rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
# 23 iyul 2015 08:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Binəqədi rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, SKMF iyulun 15-də Binəqədi rayonunda işgüzar forum keçirilib.

Sahibkarlardan ixtisaslaşdırılmış “yaşıl market”in, ət kəsimi, plastik qapı-pəncərə, üzlük daş, corab və şirniyyat məhsullarının istehsalı müəssisələrinin və istixana təsərrüfatlarının yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun sayılıb.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR