Yaponiyada müxalifət partiyasının lideri istefa verib

Yaponiyada müxalifət partiyasının lideri istefa verib
# 15 dekabr 2014 09:27 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Yaponiyanın əsas müxalifət partiyasının lideri parlament seçkilərində məğlubiyyət üzündən istefa verib.

APA-nın “Kyodo” agentliyinə istinadən verdiyi xəbərə görə, Yaponiya Demokrat Partiyasının lideri Banri Kaieda bildirib ki, xalq baş nazir Şinzo Abenin siyasi xəttinin dəyişməsini istəmədiyinə görə o, partiya rəhbərliyindən istefa vermək qərarına gəlib.

Qeyd edək ki, parlamentin aşağı palatasına keçirilən seçkilərdə B. Kaiedanın partiyası 73 mandat qazanıb. Baş nazir Ş. Abenin rəhbərlik etdiyi Liberal Demokrat Partiyası ilə Yeni Komeito partiyası isə 326 mandat əldə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR