İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
# 01 iyun 2015 08:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dövlət Gömrük Komitəsi qaçaqmalçılıq hallarına, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, gömrükçülər bu dəfə xüsusi üsulla qablaşdırılan narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısını alıb. Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran İslam Respublikası vətəndaşı Radmanesh Karkaj Soleıman Mohammadın əl yüklərinə gömrük baxışı keçirilib. Baxış zamanı onun əl yüklərinə daxil olan 1 ədəd sellofan torbanın içərisindəki şokolad-konfetlərin hamısının tərkibinin eyni olmadığı məlum olub. Belə ki, torbadakı eyni üsulla, eyni formada və eyni marka adı altında qablaşdırılan şokolad-konfetlərin yeddisində, ümumi xalis çəkisi 64,874 qram olan narkotik vasitə-tiryək olduğu müəyyən edilib.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR