Bir qrup mədəniyyət xadiminə mükafat təqdim olunub - FOTOSESSİYA

Bir qrup mədəniyyət xadiminə mükafat təqdim olunub - <span style="color: red;">FOTOSESSİYA
# 02 may 2013 13:17 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva – APA. Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev prezidentin sərəncamı ilə təltif olunan bir qrup mədəniyyət xadiminə mükafatları təqdim edib.

APA-nın xəbərinə görə, Ə.Qarayev ölkəmizdə mükafatla təltif olunan incəsənət xadimlərinin sayının hər il artığını deyib: “Prezident İlham Əliyev dünən 130 mədəniyyət xadiminin mükafat alması haqqında sərəncam imzalayıb. Keçən il bu rəqəm 100 idi. Bu, dövlət başçısının mədəniyyətə göstərdiyi diqqətin nəticəsidir”.

Daha sonra heykəltəraş, xalq rəssamı Tokay Məmmədov, xalq artisti, bəstəkar Musa Mirzəyev, xalq artisti, dirijor Rauf Abdullayevə “Şərəf” ordeni, xalq artisti, qaboy ustası Kamil Cəlilova “Şöhrət” ordeni təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR