Ötən il dünyada rekord sayda məcburi köçkün qeydə alınıb

Ötən il dünyada rekord sayda məcburi köçkün qeydə alınıb
# 20 iyun 2016 08:14 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. 2015-ci ildə dünyada rekord sayda məcburi köçkün qeydə alınıb.

APA-nın məlumata görə, bu barədə BMT Qaçqınlar üzrə Ali Komissarlığının hesabatında deyilir.

Hesablamalara əsasən müharibə və döyüşlərlə əlaqədar ötən il 65,3 milyon insan evini tərk etməyə məcbur olub. Bu isə 2014-cü illə müqayisədə 6 milyon nəfər çoxdur. Onlardan 21,3 milyonu qaçqındır və bu, BMT QAK-ın 1990-cı illərdən bəri qeydə aldığı ən yüksək nəticədir. 40,8 milyon insan isə daxili məcburi köçkünlərdir.

Beləliklə, dünyada hər 114 nəfərdən biri hazırda ya sığınacaq üçün müraciət edən, ya daxili mühacir və ya qaçqındır.

Ən çox mühacir Suriyadandır. Bu ölkədən olan mühacirlərin sayı 4,9 milyona çatıb. 2,7 milyon insan Əfqanıstan, 1,2 milyon insan isə Somalidən mühacirət edib.

Kolumbiyada daxili mühacirlərin sayı 6,9 milyon, Suriyada 6,6 milyon, İraqda 4,4 milyondur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR