Azərbaycanın xarici işlər naziri ABŞ dövlət katibinin köməkçisinin müavinini qəbul edib

Azərbaycanın xarici işlər naziri ABŞ dövlət katibinin köməkçisinin müavinini qəbul edib
# 17 aprel 2013 12:05 (UTC +04:00)

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə regionda baş verən hadisələr, eləcə də demokratiya, insan haqları və söz azadlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bu sahələrdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilib.

E.Məmmədyarov demokratiya, insan haqları, eləcə də söz azadlığı sahəsində ölkəmizdə aparılmış islahatlar və əldə edilmiş uğurlardan bəhs edib.

T.Melia ABŞ-ın Azərbaycanla adı çəkilən sahələr üzrə əməkdaşlıqda maraqlı olduğunu və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə aparılan danışıqların son vəziyyəti barədə də qısa məlumat verib və rəsmi İrəvanın müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayındığını bildirib. O, ATƏT-in Minsk Qrupunun münaqişənin nizamlanması prosesində aktivliyinin artırılmasının vacibliyini qeyd edib və münaqişənin bu günə kimi həll edilməməsinin regionun təhlükəsizliyi üçün böyük bir təhdid olduğunu vurğulayıb. Nazir beynəlxalq ictimaiyyəti münaqişənin həllində daha qərəzsiz, ədalətli və obyektiv mövqe tutmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR