Bank rəhbəri: "Manatın məzənnəsi ilə bağlı ən pis ssenari geridə qalıb" - EKSKLÜZİV

Bank rəhbəri: "Manatın məzənnəsi ilə bağlı ən pis ssenari geridə qalıb" - <span style="color: red;">EKSKLÜZİV
# 31 may 2016 10:56 (UTC +04:00)

Bakı. APA-Economics. "ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən uçot dərəcəsinin artırılması manatın məzənnəsinə təsir etməyəcək".

Bunu "APA-Economics"ə açıqlamasında "TuranBank"ın Müşahidə Şurasının sədri Fuad Musayev deyib.

F, Musayevin sözlərinə görə, manatın məzənnəsinə daha çox təsir edən amil tədiyyə balansıdır. "Azərbaycanın idxalı artıq mövcud manat durumuna adaptasiya olub. Azərbaycanın bundan sonrakı durumu ixracın artımı istiqamətindədir. Real sektor da artıq buna adaptasiya olub. Fikrimcə, ən böyük volatillik geridədir. Manatın məzənnəsini müəyyən dəhlizdə görürəm. Biz artıq dolların 1,60 manata çatmasını görmüşük və ən pis ssenari artıq geridə qalıb. Zamanla bazar manatın məzənnəsini tələb-təklif əsasında tənzimləyəcək. Banklar və əhali isə buna uyğunlaşmalıdır", - deyə F. Musayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR