Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 3-də saat 1 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Beyləqan rayon sakini Əli Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Firuddin Ağayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.