Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
# 06 iyul 2015 12:03 (UTC +04:00)

Bakı-APA. Bakının Xəzər rayonunda "Lada" markalı minik avtomobili ilə "BMC" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nəticədə, “Lada” markalı minik avtomobili deformasiyaya uğrayıb və sürücüsü 1950-ci il təvəllüdlü Şabanov Eldar Sultan oğlu hadisə yerində dünyasını dəyişib.

Xilasedicilər cəsədi avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 11:46-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR