Bank Of Baku

XİN: BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü barədə razılıq var

XİN: BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü barədə razılıq var
# 31 iyul 2018 12:32 (UTC +04:00)

BMT Baş Assambleyasının qarşıdan gələn sessiyası çərçivəsində Nyu Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə razılıq əldə olunub. 

 

Bunu APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanın nazirlər arasında görüşə dair konkret razılığın olmaması barədə açıqlamasını şərh edərkən deyib.

 

O bildirib ki, həmin görüşdən əvvəl də görüş keçirilməsi məsələsi var: “Prinsipial razılıq əldə olunub ki, nazirlər BMT Baş Assambleyası çərçivəsində görüşsünlər. Ondan öncə də görüşün keçirilməsi barədə məsələyə baxılır. O ki qaldı Tiqran Balayanın dediyinə, onun yəqin bu məsələlərdən xəbəri yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR