Ötən il dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 502 azyaşlı müəyyən olunub

Ötən il dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 502 azyaşlı müəyyən olunub
# 31 mart 2015 10:46 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 2014-cü ildə ərazi polis orqanları tərəfindən keçirilmiş reydlər zamanı küçə həyat tərzi keçirən, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 502 azyaşlı müəyyən edilib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun ölkədə insan alverinə qarşı mübarizəyə dair məlumatında bildirilib.

Qeyd olunub ki, müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və məcburi əməyin qurbanı olması təsdiqlənməyib. Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən 220 valideyn barəsində tərtib olunmuş materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyəti dövlət strukturlarına göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR