Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Xudafərin" MTK-nın dələduzluqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi davam etdirilib.
APA-nın xəbərinə görə, prosesə sədrlik edən Əfqan Hacıyev bildirib ki, iş üzrə zərərçəkmiş şəxslər məhkəməyə dəfələrlə çağırısa da, gəlməkdən imtina edirlər.
Buna görə məhkəmə heyəti zərərçəkmişlərin bir qismi barəsində məcburi gətirilmə qərarı çıxarıb.
Proses iyulun 3-dək təxirə salınıb.
İttihama görə, "Xudafərin" MTK-nın dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri - Anar Məmmədov Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Qeyd edək ki, şirkətшт "AMAY Abdulla" kimi tanına iş adamı Abdulla Abdullayevə məxsus olduğu bildirilir.