ABŞ Prezidenti Donald Tramp İranın Yaxın Şərqdəki Amerika hərbi bazalarına endirdiyi zərbələrin Vaşinqtonun hərbi əməliyyatlarını dayandırmasına səbəb olmayacağını bildirib.
APA xəbər verir ki, bu barədə o, Ağ evdə jurnalistlərə açıqlamasında deyib.
Tramp ABŞ qoşunlarının bölgədən çıxarılması ehtimalını istisna edərək, lazım gəldiyi halda İranın hücumlarına cavab zərbələrinin davam etdiriləcəyini vurğulayıb.
“Belə bir ssenari görmürəm. Cavab zərbələri endirəcəyəmmi? Əslində, bəli”, – deyə ABŞ Prezidenti bildirib.