Azərbaycan Dövlət Neft Fondu daşınmaz əmlaka sərmayələrini 3 dəfə artıracaq

Azərbaycan Dövlət Neft Fondu daşınmaz əmlaka sərmayələrini 3 dəfə artıracaq
# 18 mart 2013 13:02 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bu barədə ARDNF-in Vəsaitlərin idarə edilməsi Müdiriyyətinin başçısı İsrafil Məmmədov «Bloomberg» agentliyinə bildirib.

Onun sözlərinə görə, 2012-ci ildə daşınmaz əmlaka 600 mln. ABŞ dolları xərcləyən ARDNF ümumilikdə daşınmaz əmlaka yatırılan investisiyaları 1,6-1,7 mlrd. dollara və ya ümumi investisiya portfelinin 5%-nə çatdırmaq niyyətindədir.

«Hazırkı prioritet Cənub-Şərqi Asiya ölkələridir. Bizim daşınmaz əmlaka investisiya strategiyasına gəldikdə isə əsas məsələ yüksək bazar şəffaflığı, dərinlik, likvidlik və uzunmüddətli icarə təcrübəsinə malik olan əsas paytaxt şəhərlərində baş ofis ərazilərinə investisiya yatırmaqdır», - deyə İ.Məmmədov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR