Bakı. Ramiz Mikayıloğlu - APA. “Ermənistanın işğalı nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun topladığı məlumatlar diplomatlarımızın, dövlət xadimlərimizin beynəlxalq aləmdə Azərbaycanın mövqelərini daha əsaslı şəkildə müdafiə etməsinə şərait yaradır. Ona görə də bu istiqamətdə işlərin davam etdirilməsi zəruridir”.
APA-nın məlumatına görə, bunu Ermənistanın işğalı nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu “Silahlı erməni təcavüzü: itki və tələfatlarımız” mövzusunda hesabatın təqdimatı mərasimində Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev deyib.
E. Paşayev bildirib ki, bu məlumatların dövlət qurumlarının saytlarında yerləşdirilməsi müsbət nəticə verər.