Amerika fond bazarında azalma davam edir

Amerika fond bazarında azalma davam edir
# 26 avqust 2015 06:22 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 1,29% - 15 666,44 bəndədək, NASDAQ 0,44% - 4 506,49 bəndədək, S&P 500 1,35% - 1 867,61 bəndədək azalıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 3,09% - 6 081,34 bəndədək, Fransa CAC-40-ı 4,14% - 4 564,86 bəndədək, Almaniya DAX-ı isə 4,97% - 10 128,12 bəndədək artıb.

Dow Jones indeksinin azalması investorların Çin fond birjalarında böhrandan ehtiyat etməsi ilə əlaqələndirilir. Məhz bunun nəticəsində Dow Jones indeksi 588,40 bənd azalma müşahidə edilib.

Ümumiyyətlə, Amerika birjalarının ən qədim fond aktivliklərindən biri, sənaye indeksi Dow Jones indeksinin mövcud olduğu 119 il ərzində artıq 4-cü gündür ki, 200 bənddən çox azalma qeydə alınır. Dow Jones indeksi üzrə bu azalma 2008-ci ildə maliyyə böhranı zamanı qeydə alınmış göstəricidən də pisdir.

Qeyd edək ki, Dow Jones indeksində 30 iri sənaye müəssisəsinin indeksləri cəmləşib.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 1,50 dollar azalaraq 1 136,80 dollara, gümüş isə 0,03 dollar artaraq 14,63 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR